"Real"ın qapıçısı Cənubi Amerikanın ən yaxşısı oldu

16:20 18 Dekabr 2017

 

KONKAKAF (Cənubi Amerika) zonasında 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “Real”ın və Kosta-Rika yığmasının qapıçısı Keylor Navas 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. Bu barədə məlumatı təşkilatın saytı yayıb.

 

Navas “Real”ın heyətində Çempionlar liqasının və İspaniya çempionatının qalibi olub. O, bu il UEFA superkubokunu və İspaniya superkubokunu da qazanıb. Navas Kosta-Rika yığmasına DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmağa da yardım edib.


Xəbər xətti