ÇL-in qrup mərhələsinin ən gözəl qolu müəyyənləşdi - VİDEO

17:34 18 Dekabr 2017

Çempionlar Liqasının qrup mərhələsində vurulmuş ən gözəl qol müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, “Beşiktaş”ın hücumçusu Cenk Tosunun ilk turda "Portu"ya qalib gəldikləri (3:1) matçda vurduğu qolu birinci olub. Tosun səslərin 44 faizini toplayıb.

 

“Real”ın futbolçusu Qaret Beylin "Borussiya"ya (Dortmund) vurduğu qol 14 faizlə ikinci olub. Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmannın "Roma"nın qapısından keçirdiyi qol 13 faizlə 3-cü olub.

 

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti