Qurban Qurbanov “Çelsi”nin məşqində - FOTOLAR

23:08 18 Dekabr 2017

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İngiltərə çempionu “Çelsi”nin bazasına yollanıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı London təmsilçisinin Premyer Liqa çərçivəsində ötən gün qarşılaşdığı “Sauthempton”la ev oyununu izləyib. Klubun akademiyasında olan Qurbanov “Çelsi”nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və akademiyanın strukturu ilə tanış olub.

 

Bu gün “Çelsi”nin baş məşqçisi Antonio Konteylə görüşən “Qarabağ”ın çalışdırıcısı həmkarıyla fikir mübadiləsi aparıb və komandanın məşqində iştirak edib.

 


Digər xəbərlər

Xəbər xətti