Nazir İK-nın iclasına qatılmadı

12:53 20 Dekabr 2017

Bu gün “Bayıl Arena”da AFFA-nın İcraiyyə Komitəsinin 2017-ci il üçün son iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda AFFA prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezidenti Elşad Nəsirov, üzvlərdən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, təhsil nazirinin müavini Firudin Qurbanov, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov, Futzal Federasiyasının prezidenti Zaur Axundov, veteran futbolçular Kazbek Tuayev və İskəndər Cavadov iştirak edib.

 

Yalnız Xarici İşlər naziri Elmar Məmmədyarov toplantıya qatılmayıb.


Xəbər xətti