AFFA mətbuat nümayəndələrindən ibarət komissiya yaradacaq

13:22 20 Dekabr 2017

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra federasiyanın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, baş katib uşaq futbolundakı problemdən də danışıb. Məmmədov bildirib ki, uşaq futbolundakı problemlərlə bağlı komissiya yaradılmasına qərar verilib:

 

“Qərar verildi ki, yanvarda komissiya yaradılsın və üzvlər mətbuat nümayəndələri olsun. Son iki ayda 43 texniki məğlubiyyət olub. Bunun 70 faizi qızların çempionatında olub”.


Xəbər xətti