Kasilyas "Qalatasaray"la bağlı nəyi etiraf etdi?

20:45 20 Dekabr 2017

"Porto"nun ispan qapıçısı İker Kasilyas "youtube" kanalında canlı yayıma çıxıb.
 
Sportarena.az xəbər verib ki, əlcək ustası fanatlarının suallarını cavablandırıb. Azarkeşlərdən birinin "Hansı matçı yenidən oynamaq istərdin?" sualına, məşhur qapıçı belə cavb verib: 
 
"Real" forması geyərkən "Qalatasaray"a məğlub olduğumuz UEFA Super Kuboku ilə Qitələrarası Kubok matçında "Boka Xuniors"a uduzduğumuz oyunları yenidən oynamaq, əlbəttə ki, qalib olmaq istərdim."
 
Xatırladaq ki, 1999-2000-ci illər mövsümündə UEFA kubokunu qazanan "Qalatasaray" ilə Çempionlar Liqasının qalibi "Real" ilə UEFA Super Kuboku matçında qarşı-qarşıya gəlmişdi. İstanbul klubu 2:1 hesabı ilə madridliləri məğlub etmişdi. 


Xəbər xətti