"Arsenal"da itki

20:12 20 Dekabr 2017

“Arsenal”ın hücumçusu Olivye Jiru sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “topçular”ın baş məşqçisi Arsen Venger İngiltərə mətbuatına açıqlamasında verib. O, Liqa kubokunun “Vest Hem”ə qarşı oyunda (1:0) zədələnən fransız hücumçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını deyib.

 

Xatırladaq ki, Jiru “çəkicdöyənlər”lə oyunun ilk hissəsinin sonlarında zədələnərək, əvəzlənib. Onun hansı müddətə sıraya qayıdacağına isə sabah, ətraflı müayinədən sonra aydınlıq gələcək.


Digər xəbərlər

Xəbər xətti