APOEL Araz Abdullayevin komandasına divan tutdu

10:18 21 Dekabr 2017

Futbol üzrə Kipr çempionatında 17-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Nikosiya APOEL-i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3. Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Geridə qalan turlarda 36 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında ikinci pillədə qərarlaşıb.


Xəbər xətti