Fatih Terim yenidən "Qalatasaray"da

03:45 22 Dekabr 2017

Bir neçə gün öncə baş məşqçi İqor Tudorla yollarını ayıran Türkiyənin “Qalatasaray” klubunu yenidən Fatih Terim çalışdıracaq.

 

Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi “İmperator”la danışıqlara başladıqlarına dair rəsmi açıqlama yayıb. Yaxın günlərdə tərəflərin rəsmi müqaviləyə imza atması gözlənilir.

 

Təcrübəli mütəxəssis özü də sosial şəbəkədəki hesabından maraqlı paylaşım edib. O, “Qalatasaray”ı işarələyərək “harda qalmışdıq?” sözlərini yazıb. İstanbul klubu isə Terimin qayıdışını “Tvitter”də “Qalatasaray”lı Fatih Terim yuvasına dönmüşdür!” sözləri ilə ifadə edib.

 

Qeyd edək ki, bu, Terimin “Qalatasaray”a dördüncü baş məşqçi təyinatı olacaq. 64 yaşlı mütəxəssis daha öncə 1996-2000, 2002-2004 və 2011-2013-cü illər aralığında bu klubun baş məşqçisi kimi çalışıb. “İmperator”un son iş yeri isə bir neçə ay öncə ayrıldığı Türkiyə millisi olub.


Digər xəbərlər

Xəbər xətti