Millimiz ərəblərə qalib gəldi

10:49 22 Dekabr 2017

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimiz BƏƏ-nin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.  Matç yığmamızın 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Qolları Anna Abulaşvili və Minarə Gözəlova vurub.


Xəbər xətti