Yurgen Klopp: "Qələbə üçün üç qol kifayət etməli idi"

16:35 23 Dekabr 2017

İngiltərə Premyer Liqasının 19-cu turunda səfərdə “Arsenal”la heç-heçə edən (3:3) “Liverpul”un baş məşqçisi Yurgen Klopp oyundan sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, alman mütəxəssis üç qolun onlara qələbə üçün kifayət etməli olduğunu deyib:

 

“İlk qola kimi 3:0, 4:0, 5:0 hesabıyla öndə olmalı idik. Çox qəribə hissdi. “Arsenal”la səfər oyununda 1 xal qazanmaq yaxşı nəticədi, lakin hazırda bu, heç də xoş hisslər bəxş etmir. “Arsenal”a onun meydanında 6 qol vurmaq çox çətindi, ancaq vurduğumuz üç qol qələbə üçün kifayət etməli idi. 10 dəqiqəni çıxmaq şərtilə rəqib meydanda görünmürdü”.

 

Xatırladaq ki, “Liverpul” “Arsenal”la görüşdə 2:0 hesabıyla önə keçsə də, 5 dəqiqə aralığında (53; 56; 58) öz qapısında 3 top görərək, hesabda geri düşüb. “Qırmızılar” görüşün 71-ci dəqiqəsində hesabda tarazlığı bərpa edib.


Xəbər xətti