Salah "Real"a keçir?

16:38 24 Dekabr 2017

Məhəmməd Salah yayda "Liverpul"dan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, misirli yarımmüdafiəçi "Real"a keçmək istəyir. Hətta 25 yaşlı futbolçunun menecerinə Madrid klubu ilə danışıqlara başlamağa icazə verdiyi bildirilir.

 

Əgər tərəflər razılığa gələ bilsələr, "Real" bu keçid üçün "Liverpul"a 100 milyon avro ödəyəcək.


Xəbər xətti