Xavi: "Qətərdə demokratiya yoxdur, amma..."

15:46 24 Dekabr 2017

"Barselona"nın sabiq kapitanı Xavi Ernandes "Marca" nəşrinə maraqlı açıqlamalar verib.

 

Sportarena.az xəbər verir ki, veteran futbolçu öncə karyerasını başa vurduğu Qətərdəki siyasi vəziyyət barədə danışıb:

 

"Qətərdə demokratiyanın olmaması həqiqətdir. Amma insanlar xoşbəxtdir. Onlar kral ailəsindən razıdır. Kral və ailəsinin şəkillərini maşınlarında gəzdirirlər. Vətəndaşlara yalnız ölkədə yaşamaq üçün məvacib verilir. Kral onların qeydinə qalır.

 

Futbolçu vətəni Kataloniyada təkrar keçirilən seçkilər barədə də fikirlər bildirib:

 

"Gərginlik oldu, camaat küçələrə çıxdı. Mən insanların öz müqəddaratını həll etməsinə tərəfdaram. Problem nədir? Biz yenidən səs verdik. Aydın görünür ki, əhalinin əksəriyyəti müstəqillik istəyir. Bəzən narahat oluram ki, fikrimi bildirsəm, məni Madriddə tənqid edəcəklər".

 

Sonda isə "Barselona" haqqında danışıb:

 

"Ernesto Valverde "Barselona" modelinə tamamilə uyğundur. O, klubun üslubunu yenidən canlandırdı. Komanda oyunu daha yaxşıdır, diqqət mərkəzində isə Messidir. Onlar ağıllı hücumlar təşkil edir. Paulinyo hücumlara dərindən dəstək verir".


Digər xəbərlər

Xəbər xətti