Arda "Beşiktaş" yolunda

14:09 25 Dekabr 2017

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan qış transfer pəncərəsi dönəmində “Beşiktaş”a keçə bilər.

 

Sportarena.az “NTV Spor”a istinadən xəbər verir ki, tərəflər arasında danışıqların müsbət sonluqla yekunlaşmaq üzrədir. Razılıq əldə olunarsa, Arda mövsümün sonuna qədər icarə əsasında İstanbul klubunda çıxış edəcək. "Qara qartal" onun çıxışından razı qalarsa, yayda transfer hüququna da yiyələnəcək.

 

Qeyd edək ki, bu mövsüm “Barselona”da oynamaq şansı əldə etməyən Ardanın doğma “Qalasataray”a qayıdacağı bildirilirdi. Amma Fatib Terimin “Cim-bom”a dönüşündən sonra bu baş tutmayacaq. Çünki Arda və Terimin münasibətləri hazırda gərgindir.


Xəbər xətti