Fikrət Ormandan Arda açıqlaması - "Onun “Beşiktaş”da oynamasını istəyərəm"

17:33 25 Dekabr 2017

“Beşiktaş”ın prezidenti Fikrət Orman “Barselona”nın futbolçusu Arda Turanın transferi ilə bağlı iddialara aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, klub prezidenti Türkiyə mətbuatına açıqlamasında Ardanın transferinin onların gündəmində olmadığını deyib:

 

“Arda ilə bağlı fikrimi daha öncə də demişdim. O, çox sevdiyim, önəmli bir futbolçudu. Türkiyə futbolunun əsas markasıdı. Ancaq bizim komandada Ardanın oynadığı mövqedə oyunçu bolluğu var. Bir klub üçün transferdən daha önəmli olan şey, komandadakı oyunçulardan düzgün istifadə edilməsidi. Onun nə vaxtsa “Beşiktaş”da oynamasını istəyərəm. Amma hazırda gündəmimizdə belə transfer yoxdu”.

 

Xatırladaq ki, Türkiyə mətbuatında yer alan xəbərlərdə “Beşiktaş”ın Ardanın transferində maraqlı olduğu, Türkiyə millisinin də üzvü olan yarımmüdafiəçinin keçidi üçün “Barsa”ya 30 milyon avro təklif etməyi planlaşdırdığı qeyd edilmişdi.


Digər xəbərlər

Xəbər xətti