"Antalyaspor"da maliyyə problemi - Ulduz futbolçunun maaşını ödəyə bilmirlər

14:46 26 Dekabr 2017

Samir Nəsri “Antalyaspor”dan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, Türkiyə klubunda maliyyə böhranı yaşanır. Klub Nəsriyə həftədə 80 min avro məvacib ödəmək iqtidarında deyil. Rəhbərliyin də fransız futbolçunun oyunundan da narazı qaldığı bildirilir. Nəsri cari mövsümdə 8 oyun keçirib, 2 qol vurub.

 

Maraqlıdı ki, Nəsri “Antalyaspor”dan ayrılsa, karyerasını elə Türkiyədə davam etdirə bilər. Onunla “Qalatasaray”ın maraqlandığı deyilir. Fransada isə futbolçuya “Nitsa” maraq göstərir.


Xəbər xətti