Azərbaycan çempionatının açılış mərasimi keçirildi

17:18 26 Dekabr 2017

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

 

Sportarena.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, tədbirdə ilk olaraq iştirakçı komandalar meydana dəvət olunublar. Ardınca gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev çıxış edərək, ölkəmizdə idmanın və olimpiya hərəkatının sürətli inkişafından, paytaxt və bölgələrimizdə müasir olimpiya idman komplekslərinin tikilməsindən söhbət açıblar.

 

Sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış edərək cüdoçularımızın 2017-ci il ərzində qazandıları möhtəşəm qələbələrdən söhbət açıb. O, idmançılara ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etdiklərinə görə təşəkkürünü çatdırıb və növbəti ildə bu uğurların davamını gətirmələri üçün onlara hər cür şəraitin yaradılacağını bildirib. Rövnəq Abdullayev çıxışının sonunda çempionatı açıq elan edib.

 

Azərbaycan respublikasının dövlət himni səsləndirildikdən sonra, 2018-ci ildə ölkəmizdə təşkil olunacaq cüdo üzrə dünya çempionatının rəsmi loqosunu əks etdirən videoçarx nümayiş olunub.


Digər xəbərlər

Xəbər xətti