"Neftçi"nin Səlahət Ağayev dərdi - ÖZƏL

17:45 27 Dekabr 2017

Qış transfer pəncərəsində heyətinə əl gəzdirən klublardan biri də "Neftçi"dir.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi heyətinə futbolçu qata bilməsə də, çox sayda futbolçu ilə danışıqlar aparır. Onlardan birinin Aqil Məmmədov olduğu barədə məlumat vermişdik. Qolkiper Əhmədovun istəyi ilə komandaya gətirilir. O, böyük ehtimalla son vaxtlar əla formada olan Rəşad Əzizli əvəzləyicisi olacaq.

 

Komanda onlarla yanaşı üçüncü qapıçı - Səlahət Ağayev də var. Milli komandanın üzvü məşqlərdən birind zədələnən qapıçı müainə olunduqdan sonra sağ budunun gətirici əzələsində yırtıq aşkar olundu və əməliyyat edildi. Bu səbəblə uzun müddət komandadan ayrı düşən qapıçı məşqlərə yeni başlayıb. Bununla, belə onun zədəyə qədərki çıxışı heç də qənaətbəxş olmayıb. Oyunlar zamanı yol verdiyi bir neçə səhvə görə komandasını pis vəziyyətdə qoyan Ağayev həm klub rəhbərliyinin, həm də Əhmədovun qara siyahısında yer alıb.

 

 

Futbolçunun bu dönəmdə komandadan göndəriləcəyi gündəmə gəlsə də, bu baş verməyib. Çünki Ağayev mövsüm ərzində artıq 2 klubda çıxış edib. Hələ mövsümün əvvəlində "Neftçi" ilə anlaşan yığmanın üzvü sabiq komandası "İnter"ə (indiki "Keşlə"yə) Avropa Liqasının oyunları zamanı kömək etmiş və 4 oyunda meydana çıxmışdı. FİFA-nın məlum qaydalarına əsasən, Səlahət mövsümün gedişində 3-cü kluba transfer edilə bilməz. Klubla müqaviləsi olan qolkiperi "ağ-qaralar" yayda transferə çıxarmaq və ya klubu ilə müqaviləsi davam edən yerli futbolçulardan biri ilə dəyişməyi planlaşdırırlar.

 

Onunla belə vəziyyətdə müqavilənin pozulmasına, yaya qədər klubsuz qalmasına isə Tərlan Əhmədov razı olmayıb.


Xəbər xətti