Vaqif Cavadov "Kəpəz" və "Keşlə"dən nə qədər maaş istəyib? - ÖZƏL

18:37 27 Dekabr 2017

Təqribən 7 aydır azad agent statusu Vaqif Cavadovun adı müxtəlif klublarla yanaşı hallanır.

 

Sportarena.az xəbər verir ki, uzun müddətdir "Keşlə" və "Kəpəz"in maraq dairəsində olan millimizin sabiq üzvü bu klublarla danışıqlar aparsa da, heç biri ilə anlaşa bilmir. Buna səbəb tərəflərin maddi məsələdə ortaq məxrəcə gələ bilməməsidir.

 

Belə ki, yuxarıda adı çəkilən hər iki klub 28 yaşlı vingerə aylıq 5 min manat maaş təklif etsə də, futbolçu bu məbləğə oynamağa razı deyil. O, "Kəpəz" və "Keşlə"dən aylıq 10 min manat maaş istəyir. Premyer Liqa təmsilçsiləri isə əvvəlki formasından uzaq olan Cavadova bu qədər əmək haqqı vermək istəmirlər.

 

"Kəpəz" futbolçu ilə danışıqları tamamilə dayandırsa da, "Keşlə" hələ də Vaqifin xidmətində maraqlıdır. Maddi sıxıntılar içində olan paytaxt təmsilçisi futbolçuya daha yaxşı təklif irəli sürüb. Bununla belə, Cavadov müqavilədəki bəzi xırda detalların onun xeyrinə həll olunmasını istəyir. Bu səbəbdən danışıqlar hələ də davam edir.

 


Xəbər xətti