"Qarabağ" sabiq futbolçusu klubsuz qaldı

21:24 27 Dekabr 2017

“Qarabağ”ın sabiq futbolçusu Əlhərbi Əl Jadeyui Taylandın “Ratçaburi” klubundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsinin müddəti başa çatıb. Bu üzdən də o, sözügedən komanda ilə yollarını ayırmaq məcburiyyətində qalıb.

 

Qeyd edək ki, bu ilin yanvarında “Qarabağ”dan “Ratçaburi”yə transfer olunan Əlhərbi Əl Jadeyui Tayland çempionatında başa çatan mövsümdə iştirak etdiyi 30 matçda 5 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xatırladaq ki, mərakeşli futbolçu 2015-ci ilin yayından 2016-cı ilin yanvarınadək "Qarabağ"da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti