"Real", Ronaldo və Zidan ilin ən yaxşısı seçildi

10:18 29 Dekabr 2017

“Globe Soccer Awards 2017” mükafatının qalibləri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, mükafat Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası tərəfindən təsis olunub. Mükafatlandırma mərasimi Dubayda keçirilib.

 

Kriştiano Ronaldo “ilin futbolçusu” nominasiyasının qalibi olub. Zinəddin Zidan “ilin məşqçisi” nominasiyasında mükafata sahib çıxıb. “Real” isə ilin ən yaxşı klubu seçilib. Ən yaxşı çempionat isə İspaniya La Liqası hesab edilib.

 

Ən yaxşı futbol agenti Jorje Mendeş olub. Alman Feliks Brix isə ən yaxşı hakim seçilib. “Monako”nun vitse-prezidenti Vadim Vasilyev ən yaxşı klub idarəçisi nominasiyasında qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti