Ronaldo daha bir mükafata sahib çıxdı

13:05 29 Dekabr 2017

“Real”ın futbolçusu Kriştiano Ronaldo daha bir mükafata sahib çıxıb.

 

Sportarena.az xəbər verir ki, Ronaldo Avropanın ən yaxşı idmançısı seçilib. Sorğunu Polşanın RAR informasiya agentliyi keçirib. Sorğuda Avropanın 27 informasiya agentliyi iştirak edib. Portuqaliyalı futbolçu 159 xal toplayıb.

 

O, “Formula 1” pilotu Luis Hemiltonu geridə qoyub. Üçüncü yeri isə isveçrəli tennisçi Roje Federer tutub.

 

Qeyd edək ki, Kriştiano Ronaldo ötən il də Avropanın ən yaxşı idmançısı seçilmişdi.


Digər xəbərlər

Xəbər xətti