Ceko: "Qarabağ"a qarşı oyunumuz asan olmamışdı"

14:38 29 Dekabr 2017

"Roma"nın futbolçusu Edin Ceko açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Bosniya və Herseqovinalı hücumçu ÇL-dəki oyunları barədə danışıb. Təcrübəli hücumçu "Qarabağ"la cavab matçına (1:0) da toxunub:

 

"Qarabağ"a qarşı oyunumuz asan olmamışdı. Bilirdik ki, qalib gəlsək, qrupda birinci yeri tutacağıq. İlk hissədə bir neçə şansımız oldu, lakin qol vura bilmədik. İkinci hissənin əvvəllərində isə Dieqo Perotti hesabı açdı. Bundan bir müddət sonra "Atletiko" İngiltərədə "Çelsi"yə qol vurdu. Qorxurdum ki, hesabı açmasaq, işimiz daha çətin ola bilər. Lakin yekunda biz qalib gəldik və Londondakı oyunun nəticəsini gözlədik".

 

Qeyd edək ki, "Roma" ÇL-in qrup mərhələsinin son oyununda "Qarabağ"a 1:0 hesabı ilə qalib gələrək qrupu birinci pillədə tamamlayıb.


Digər xəbərlər

Xəbər xətti