Di Maria PSJ-ni "Barselona"ya dəyişir?

11:01 31 Dekabr 2017

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Maria karyerasını “Barselona”da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı ESPN yayıb. Xəbərdə argentinalı futbolçunun Paris klubunda az şans qazanmasından narazı olduğu, buna görə, gələn il komandanı tərk etmək barədə düşündüyü qeyd edilib. Onun növbəti ildən “Barsa”da çıxış etmək ehtimalının yüksək olduğu deyilir.

 

Klub rəhbərliyinin də UEFA-nın maliyyə feyr-pley qaydalarına görə 29 yaşlı yarımmüdafiəçinin satılmasının əleyhinə olmadığı vurğulanıb.

 

Di Maria cari mövsümdə əsas heyətə düşməkdə çətinlik çəkir. O, bu mövsümdə yalnız 4 matçda 90 dəqiqə meydanda olub.


Xəbər xətti