"Roma" futbolçusunu bu hərəkətinə görə cəzalandıracaq - VİDEO

18:22 4 Yanvar 2018

"Roma"nın yarımmüdafiəçisi Raca Nainqolan sosial şəbəkədə canlı yayın həyata keçirdiyi üçün cərimələnəcək.
 
Sportarena.az xəbər verir ki, yeni il ərəfəsində alkoqol qəbul edən və siqaret çəkən belçikalı futbolçu qadağan olunan leksikonda danışıb. Bu hərəkətlərini şəxsi "İnstaqram" səhifəsində canlı yayım vasitəsilə paylaşan 29 yaşlı xavbek sonradan üzr istəyərək həmin videonu silib.
 
İtaliya mətbuatının yazdığına əsasən futbolçu bu hərəkətinə görə 100 min avro məbləğində cərimələnəcək. Üstəlik o yanvarın 6-da baş tutacaq "Atalanta" ilə matçı da buraxmalı olacaq. 
 
 


Digər xəbərlər

Xəbər xətti