Tevez "Boka Xuniors”a qayıtdı

10:21 6 Yanvar 2018

Karlos Teves karyerasını vətənində - "Boka Xuniors”da davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, Teves Çin klubu “Şanxay Şenxua” ilə müqaviləni pozub. Bu barədə məlumatı “Boka Xuniors”un saytı yayıb. Teves artıq Argentina klubunun düşərgəsindədi.

 

33 yaşlı Teves komanda ilə məşqlərə də çıxıb. Onun Çin klubu ilə hələ bir illik də müqaviləsi vardı. Teves dünyanın ən ödənişli futbolçularından sayılırdı.


Digər xəbərlər

Xəbər xətti