“Çelsi” yarımmüdafiəçi transfer etdi

11:32 6 Yanvar 2018

İngiltərə çempionu “Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa klubu 24 yaşlı yarımmüdafiəçi Ross Barklini transfer edib. “Everton”dan alınan futbolçu ilə 5,5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı “zadəganlar”ın bu transferə görə qarşı tərəfə 15 milyon funt-sterlinq təzminat ödəyəcəyini yazıb.

 

Barkli “Everton”un yetirməsidi. O, bu komandanın heyətində ilk rəsmi matçına 2011-ci ildə, KPR-lə oyunda çıxıb. Bütövlükdə isə Ross, 179 matçda 27 qola imza atıb.


Xəbər xətti