"Neftçi" onu istəyir, "Zirə" isə buraxmır - ÖZƏL

14:13 6 Yanvar 2018

Mövsümün ilk yarısında özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də "Zirə"nin üzvü Vüsal İsgəndərlidir.

 

Sportarena.az xəbər verir ki, sərgilədiyi oyunla qəsəbə təmsilçisinin əsas fiqularından birinə çevrilən gənc yarımmüdafiəçi başqa klubların da diqqət mərkəzinə düşüb.

 

Əldə etdiyimiz məlumata görə , Vüsalı heyətinə qatmaq üçün "Zirə"yə rəsmi təklif göndərən bir klub da var. Söhbət "Neftçi"dən gedir. "Ağ-qaralar"ın rəhbərliyi və baş məşqçi Tərlan Əhmədov onun transfer ilə bağlı hələ ötən ilin sonlarında danışıqlar aparsa da, tərəflər arasında razılıq əldə olunmayıb. Əhmədov "Zirə"li həmkarı Ayxan Abbasovla bu barədə söhbət etsə də, ondan müsbət cavab ala bilməyib.

 

Ayxan Abbasov İsgəndərlinin xidmətində maraqlı olduğuna görə, onu buraxmaq istəmir.


Digər xəbərlər

Xəbər xətti