Koutinyo hansı klubun 200 milyonluq təklifini rədd edib?

10:33 8 Yanvar 2018

“Barselona” ilə yanaşı “Real” da “Liverpul”un yarımmüdafiəçisi Filippe Koutinyonu transfer etmək istəyib. 

Sportarena.az xəbər verir ki, “Mundo Deportivo” belə bir iddia ilə çıxış edib. Bildirilir ki, “Kral klubu” braziliyalı futbolçuya 200 milyon avro təklif edib. Lakin Koutinyo “Real”da deyil, “Barselona”dan oynamaq istədiyi üçün təklifi geri çevirib.

Maraqlıdır ki, uşaq vaxtı Neymarla birgə müsahibə verərkən Koutinyo da “Real”a azarkeşlik etdiyini bildirmişdi.


Xəbər xətti