"Barselona" Arda Turanın nömrəsini Koutinyoya verdi - FOTO

16:18 8 Yanvar 2018

“Liverpul”dan “Barselona”ya 160 milyon avro qarşılığında transfer olunan Filippe Koutinyonun yeni klubunda hansı nömrəli formanı geyinəcəyi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu Kataloniya təmsilçisində 7 nömrəli futbolkada çıxış edəcək. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Artıq klubun rəsmi mağazalarında Koutinyonun adı yazılmış 7 nömrəli formaların satışa çıxarıldığı qeyd edilib.

 

Xatırladaq ki, hazırda “Barselona”da bu nömrəli formanı Arda Turan geyinir. Bir müddətdi türkiyəli futbolçunun komandadan ayrılacağı barədə xəbərlər yayılmışdı. Onun çıxış etdiyi nömrənin Koutinyoya verilməsi isə Ardanın komandadan ayrılmasının dəqiqləşdiyini göstərir.

 


Digər xəbərlər

Xəbər xətti