"Beşiktaş" hücumçu transfer etdi

17:41 8 Yanvar 2018

Cenk Tosunu "Everton"a stan "Beşiktaş" hücumda yaranan boşluğu doldurub.
 
Sportarena.az xəbər verir ki, "qara-ağlar" 22 yaşlı kanadalı hücumçu Kayl Larinlə 4,5 illiyinə müqavilə imzalayıb. Klub "Orlando Siti" ilə müqaviləsi bitən Larinə görə əlavə xərc çəkməyəcək.  Bu mövsümün sonuna qədər 500 min avro alacaq futbolçu, sonrakı illərdə 1,5 milyon qazanacaq. Futbolçunun qısa müddət ərzində komandanın düşərgəsinə gələrək Antalya toplanışına qoşulacağı gözlənilir. 
 
2017-ci ildə "Orlando Siti" ilə 30 matça çıxan forvard 12 qol, 2 məhsuldar ötürmənin sahibi olub. Kanada yığmasında isə 20 matçda 4 qola imza atıb. 
 
2017-ci ildə son qarşılaşmasını noyabrın 9-da keçirən Larin təxminən 3 aydı oynamır.


Digər xəbərlər

Xəbər xətti