"Barselona"ya bəd xəbər - Koutinyo oynaya bilməyəcək

18:51 8 Yanvar 2018

“Barselona” yenicə 160 milyon avro qarşılığında “Liverpul”dan heyətinə cəlb etdiyi Filippe Koutinyodan bəd xəbər alıb.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubu bir müddət yeni transferinin xidmətindən istifadə edə bilməyəcək. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Xəbərdə sağ budunda zədəsi olan Koutinyonun ən azı 3 həftə “Barsa”ya kömək edə bilməyəcəyi qeyd edilib.

 

Bu da o deməkdi ki, braziliyalı futbolçu “Barselona”da ən tezi bu ayın sonunda debüt edəcək.


Xəbər xətti