"Mançester Siti" "Arsenal"ı razı sala bilmir

20:36 8 Yanvar 2018

“Mançester Siti” “Arsenal”ın futbolçusu Aleksis Sançesi transfer etməkdə israrlıdı.

 

Sportarena.az xəbər verir ki, artıq klublar arasında məsələ ilə bağlı danışıqlar aparılıb. “Arsenal” hücumçuya 35 milyon funt qiymət qoyub. Bazar günü baş tutan danışıqlarda “şəhərlilər”in idman direktoru Çiki Beqiristayn bu məbləğin 25 milyon funta salınmasına cəhd göstərib. 


Aleksis Sançesin “Arsenal”la qüvvədə olan müqaviləsi bu ilin yayında başa çatır. MS isə onu qışda heyətə qatmaq istəyir.


Digər xəbərlər

Xəbər xətti