Türkiyəli qapıçı məşhur müğənni ilə sevgilidir? - AÇIQLAMA

15:16 9 Yanvar 2018

Müğənni Ziynet Sali özündən 13 yaş kiçik qapıçı Tolqa Temizlə eşq yaşaması xəbərlərini inkar edib.
 
Sportarena.az Türkiyə mediasına istinadən xəbər verir ki, 42 yaşlı ifaçı ərə gedəcəyi ilə bağlı deyilənlərin də yalan olduğunu qeyd edib:
 
“Dostlar, studiyada, konsertlərimdə, işimdə-gücümdəyəm. Həyatımda yeni albomumdan başqa yeni həyəcan yoxdur. Olsa, birinci məndən eşidəcəksiniz. Son günlər yayılan xəbərlər yalandır. Tolqa Temizlə heç bir münasibətim yoxdur”.


Xəbər xətti