Sportarena.az
23 Yanvar 2018

"Binə"nin yeni baş məşqçisinin adı açıqlandı

12 Punto 14 Punto 16 Punto 18 Punto

I Divizion təmsilçisi “Binə”nin yeni baş məşqçisi məlum olub.

 

Sportarena.az xəbər verir ki, komandanı bundan sonra İsmayıl Hüseynov çalışdıracaq. Klub rəhbərliyi yeni baş məşqçi ilə 1,5 illik müqaviləyə imza atıb.

 

Məşqçilik karyerasına 1996-2000-ci illərdə Rusiyanın "Dinamo" (Murmansk) komandasında başlayan İsmayıl Hüseynov burada əvvəlcə köməkçi məşqçi, daha sonra baş məşqçi vəzifələrində çalışıb. 2005-ci ildən etibarən "Neftçi"də məşqçi kimi fəaliyyət göstərən sözügedən mütəxəssis 2008-ci ildə bu klubun U-19 komandası ilə Azərbaycan çempionatının gümüş mükafatını qazanıb. O, 2009-cu ildə isə "Neftçi"nin U-15 komandası ilə Azərbaycan çempionatının finalçısı olub.

 

Hüseynov 2011-ci ildə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", 2012-ci ildə isə "Əməkdar Məşqçi" adlarına layiq görülüb.

Tarix
10.01.18 [12:43]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Yanvar
22 Yanvar 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2018 Sportarena.az
Saytı hazırladı: Five studio