Millimizin hücumçusu “Gənclərbirliyi”ndə

Sportarena.az      11 Yanvar 2018, 11:16

“Bursaspor”dan ayrılan Dəniz Yılmazın yeni klubu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, milimizin hücumçusu karyerasını Türkiyə Super Liqasının digər təmsilçisi “Gənclərbirliyi”ndə davam etdirəcək. Ankara təmsilçisi 29 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlayıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Xatırladaq ki, Dəniz 2016-cı ildən “Bursaspor”da top qovurdu. O, bir neçə dəfə intizamsızlığa görə bu klubun əsas komandasından kənarlaşdırılmışdı.

 

Qeyd edək ki, Dəniz Yılmaz 2016-cı ildən Azərbaycan millisinin üzvüdü. Hücumçu yığmamızda 2 oyun keçirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin