UEFA 2017-ci ilin rəmzi komandasını açıqladı

16:40 11 Yanvar 2018

UEFA-nın saytında 2017-ci ilin rəmzi komandasını müəyyənləşdirmək üçün keçirilən sorğu başa çatıb.

 

Sportarena.az xəbər verir ki, sorğu oxucular arasında keçirilib. İlin komandasında “Real”ın 5 futbolçusu yer alıb:

 

Qapıçı: Canluici Buffon (Yubentus); 
Müdafiəçilər: Dani Alveş (PSJ), Serxio Ramos, Marselo (hər ikisi “Real”), Corcio Kyellini (Yuventus); 
Yarımmüdafiəçilər: Kevin De Bruyne (Mançester Siti), Toni Kroos, Luka Modriç (hər ikisi “Real”), Eden Hazard (Çelsi); 
Hücumçular: Lionel Messi (Barselona), Kriştiano Ronaldo (Real)


Xəbər xətti