"Liverpul" Koutinyonu "Barselona"ya hansı şərtlərlə buraxıb?

17:15 11 Yanvar 2018

"Barselona"nın "Liverpul"dan 160 milyon avroya transfer etdiyi Filip Koutinyonun hansı şərtlərlə müqavlə bağladığı maraqla gözlənlirdi.
 
Sportarena.az xəbər verir ki, İngiltərənin ünlü nəşrlərindən olan "The Guardian" futbolçunun müqaviə şərtlərini ortaya çıxarıb.

Belə ki, katalon klubu Koutinyo 25 matçda meydana çıxdıqdan sonra "Liverpul"a 5 milyon avro ödəyəcək. İkinci maddəyə görə futbolçu "Barselona" formasında 100 oyuna çıxandan sonra ingilis klubuna daha 20 milyon avro ödəməlidi. Üçüncü maddə ondan ibarətdi ki, ispanlar Çempionlar Liqasının qalibi olacağı təqdirdə "Liverpul"a 5 milyon avro verəcək. 

Son maddədə yer alan şərtə görə qarşıdakı iki ildə "Barselona" Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə "Liverpul"a hər mövsüm üçün 5 milyon (iki il üçün ümumilikdə 10 milyon) avro ödəyəcək.  


Digər xəbərlər

Xəbər xətti