"Zirə" darmadağına sevindi

18:42 12 Yanvar 2018

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Zirə" bu gün ikinci yoxlama oyunu keçirib.

 

Sportarena,az xəbər verir ki, qəsəbə təmsilçisi əvəzedici komandası ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş Ayxan Abbsovun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki qolu Vüsal İskəndərli, digər iki qolu isə Mirsahib Abbasov vurub.

 

Legioner futbolçular hazırlıqlara gec qoşulduğuna görə baş məşqçi Ayxan Abbasov bu oyunda ancaq yerli oyunçuların xidmətindən yararlanıb.

 

"Zİrə" növbəti matçını yanvarın 19-da "Keşlə"yə qarşı keçirəcək. Bu qarşılaşma haqqında ətraflı məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti