Neymar məhkəməlik oldu - Dələduzluğa görə

14:59 14 Yanvar 2018

Futbol üzrə Braziliya yığmasının və Fransanın PSJ klubunun hücumçusu Neymar məhkəmə qarşısına çıxacaq.

 

Sportarena.az xəbər verir ki, o, Braziliyanın “Santos” klubundan İspaniya “Barselona”sına transferi zamanı dələduzluğa yol verməkdə təqsirli bilinir. “El Pais” nəşrinin iddiasına görə, 26 yaşlı forvardın Kataloniya təmsilçisinə keçidi rəsmi olaraq 57,1 milyon avroya başa gəlib. Amma ondan cəmi 17,1 milyon avro “Santos”a çatıb, qalanı isə Neymarın valideynlərinə məxsus şirkətə qismət olub.

 

Daha sonra “Barselona”nın prezidenti Jozep Bartomeu etiraf etmişdi ki, Neymarın transferi “Barselona”ya 86,2 milyon avroya başa gəlib. Bu üzdən də sözügedən qalmaqalla əlaqədar Neymarla yanaşı, Bartomeu, həmçinin Kataloniya klubunun sabiq prezidenti Sandro Rosel və futbolçunun atası da məhkəmə qarşısında cavab verməli olacaq.

 

Qeyd edək ki, 2013-cü ilin mayında “Barselona”ya transfer olunan Neymar 2017-ci ilin yayında rekord məbləğ qarşılığında – 222 milyon avroya PSJ-yə keçib.


Xəbər xətti