“Qəbələ” Divizion klubu ilə bacarmadı

10:33 15 Yanvar 2018

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017/18 mövsümünün ikinci hissəsinə hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirən Emin İmaməliyevin baş məşqçisi olduğu komanda ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” ilin ilk sınağında Birinci Divizionda çıxış edən “Ağsu” ilə üz-üzə gəliblər. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Əvəzedicilər bu görüşdə 1:2 hesabı ilə məğlub olublar.

 

“Qəbələ”nin əvəzedicilərinin yoxlama oyunlarındakı növbəti rəqibləri də dəqiqləşib. Yanvarın 18-də Bakıya yollanacaq komanda paytaxtda keçirəcəyi 4 günlük hazırlıq çərçivəsində 2 matça çıxacaq. “Qırmızı-qaralar” ayın 19-da “Şüvəlan”la, 3 gün sonra isə “Keşlə”nin əvəzedici komandası ilə görüşəcək.


Xəbər xətti