Karateçilərimiz Xorvatiyadan 8 medalla dönür

Sportarena.az      15 Yanvar 2018, 16:15

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarmız Xorvatiyada 27-ci "Qran Pri" turnirini 8 medalla başa vurub. Karateçilərimiz Samobor şəhərində nüfuzlu ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrdən  Fərid Ağayevlə (-52 kq), Fidan Dadaşova (-47 kq) yarışın qalibi olub. Gənclər arasında Üvi Qurbanovla (-60 kq) Murad Hacızadə (+84 kq) ikinci yeri, Tale Yaqubov (-63 kq, yeniyetmələr), Mədinə Sadıxova (-48 kq), Müseib Məmmədov (-68 kq) və  Elcan Məmmədrzayev (-60 kq, hər biri gənclər seçmə komandası) isə üçüncü pilləni tutub. 

 

Daha 4 idmançımız Ayla Rzazadə ( +54 kq), Məhəmməd Məmmədov (-65 kq), Ruslan Əhmədov (-75 kq) və Murad Balakişiyev (-84 kq) isə bürünc medal uğrunda həlledici görüşdə məğlub olub.  Aytac Əliyeva (-55 kq) təsəlliverici döyüşlərdə mübarizəni bürünc mükafatların bir addımlığında dayandırmalı olub. 

 

Azərbaycanın Xorvatiya Rspublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov və konsul Emil Kazımov seçmə komandalarımızın yarışını izləyib. Turnirdən sonra mükafatçılarla görüşdə, F.Qurbanov mükafatçıları təbrik edib və komanda üzvlərinə uğurlar arzulayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarımızı dəstəklədiyinə görə səfir Fəxrəddin Qurbanova və səfirlik əməkdaşlarına minnətdarlığını çatdırıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin