Klopp: “Mançester Siti” bu mövsüm bir daha məğlub olmayacaq"

16:30 15 Yanvar 2018

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Siti” ilə oyundan sonra (4:3) fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Klopp bu qarşılaşmanın uzun müddət yaddaşlarda qalacağını deyib. O, oyunun sonunda xüsusən də böyük gərginliyin yaşandığını vurğulayıb:

 

“Bu qarşılaşmaya baş məşqçi kimi də, azarkeş kimi də baxsaz, “möhtəşəm” ifadəsini işlədəcəksiz. Bu, tarixi oyun idi. Hələ 20 il də bu oyunu müzakirə edəcəksiz. Çünki “Mançester Siti” bu mövsüm bir daha məğlub olmayacaq. Bütün dünyada bu qarşılaşmaya baxırdılar. Uşaqlar ürəklə oynadılar. Hər iki komanda möhtəşəm futbol sərgilədi. Hansı səviyyədə oynadığımızı deyə bilmərəm, amma “Liverpul” Mançester “Siti” üçün cəhənnəm yaratdı. Qarşılaşmanın son dəqiqələri çox gərgin keçdi. Ancaq mən 3-cü qolu buraxacağımızdan qorxmurdum. Futbolçularıma arxayın idim”.


Digər xəbərlər

Xəbər xətti