Erməni məşqçini Özbəkistanda ömürlük cəzalandırdılar

10:17 16 Yanvar 2018

Özbəkistan yığmasının sabiq baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb.

 

Komanda.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bu barədə yanvarın 15-də qərar çıxarılıb.

 

Belə bir qərarın çıxarılmasına isə Babayanın milliyə futbolçu seçərkən yol verdiyi qüsurlar səbəb olub. Federasiyanın yaydığı məlumata görə, o, oyunçu seçərkən daim tanış futbolçulara üstünlük verib, üstəlik, təcrübəli məşqçilərin, ekspertlərin fikirlərini nəzərə almayıb:

 

“DÇ-2018-in seçmə mərhələsi zamanı Babayan komandada intizam yarada bilməyib, oyunçuların fiziki durumunu yaxşılaşdırmağa nəzarət etməyib, işinə məsuliyyətsiz yanaşıb – bütün bunlar isə yığma komandanın səviyyəsinə mənfi təsir göstərib və xalqın narazılığına səbəb olub”.

 

Bəyanatda o da qeyd olunur ki, sabiq baş məşqçi yığmaya oyunçu seçərkən onların səviyyəsinə fikir verməməklə ilk növbədə öz kommersiya maraqlarını güdürmüş.

 

Qeyd edək ki, Babayan komandanın DÇ-2018-in seçmə mərhələsindəki uğursuz çıxışına görə ötən ilin sentyabr ayında istefaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti