Sançesin MY-ə keçidi Mxitaryanın ümidinə qalıb

16:44 16 Yanvar 2018

“Arsenal” Aleksis Sançesi “Mançester Yunayted”in futbolçusu Henrix Mxitaryanla dəyişməyə razıdı.

 

Sportarena.az xəbər verir ki, Sançes artıq MY ilə müqavilənin şərtlərini də razılaşdırıb. İndi həm klub rəhbərliyi, həm də Sançes Mxitaryanın “Arsenal”la razılığa gəlməsini gözləyir.

 

Məlumata görə, tərəflər arasında danışıqlar başlayıb.

 

Qeyd edək ki, “Arsenal”ın Mxitaryana maraq göstərdiyi barədə məlumat bir müddət əvvəl mətbuatda da yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti