Daha bir "futbol nağılı" bitdi - Ronaldinyo karyerasını başa vurdu

Sportarena.az      17 Yanvar 2018, 10:44

Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Ronaldinyo futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə onun qardaşı Assis “O Globo” nəşrinə müsahibəsində bildirib:

 

“O, dayandı. Hər şey bitdi. Rusiyadakı dünya çempionatından sonra, böyük ehtimalla avqustda nəsə böyük və gözəl bir iş görməyə hazırlaşırıq. Braziliyada, Avropa və Asiyada bəzi tədbirlər həyata keçirəcəyik. Əlbəttə, Braziliya yığması ilə oyun da keçiriləcək”.

 

Ronaldinyo karyerası ərzində “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klublarda oynayıb. 37 yaşında futboldan ayrılmağa qərar verən əfsanəvi futbolçu Braziliya yığmasında 97 matç keçirib, 33 qola imza atıb. O, 2005-ci ildə Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl top” mükafatına sahib çıxıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin