Əmrə Can "Liverpul"da qalacaq? - AÇIQLAMA

Sportarena.az      17 Yanvar 2018, 14:03

Əmrə Can “Liverpul”la müqaviləsini yeniləyə bilər. 

 

Sportarena.az xəbər verir ki, bu haqda türk əsilli futbolçu özü açıqlama verib:

 

“Menecerim vəziyyətə nəzarət edir. Yaya qədər “Liverpul”dayam. Hazırda çoxları ilə danışıqlar aparırıq. Təbii ki, hazırkı klubumda müqaviləni yeniləməyim mümkündür. Niyə də yox? “Liverpul” möhtəşəm klubdur.  Hazırda gələcəklə bağlı çox düşünmürəm. Bütün fikrimi oyunuma yönəltmişəm. Qalan işlərlə menecerim məşğuldur”. 

 

Qeyd edək ki, bir müddət əvvəl Əmrə Canın “Yuventus”a transfer olunacağı, yeni klubunda ildə 5 milyon qazancağı barədə xəbərlər yayılmışdı. Almaniya yığmasının üzvünün hazırkı klubu ilə sözləşməsi bu ilin yayında bitir. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin