Şehiç: "Mən bunun qarşılığını verməliyəm”

Sportarena.az      17 Yanvar 2018, 15:58

“Qarabağ”ın Bosniya və Herseqovinadan olan qolkiperi İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Şehiç açıqlamasında milli komanda və “Qarabağ” haqda danışıb:

 

“Yanvarın 21-də milli komandaya qoşulacam. “Qarabağ”ın məşqçiləri ilə söhbət etdim, onlar mənim yığmaya getməyimə razılıq verdilər. Antalyadan İstanbula gedəcəm. Çünki biz ABŞ-a yollanacağıq. Millinin baş məşqçisi Robert Prosineçkini yaxşı tanıyıram. Çünki o, Azərbaycan millisində işləyirdi. Həmçinin o da məni yaxşı tanıyır. “Qarabağ”ın oyunlarını izləyirdi və oyunuma bələddi”.

 

Şehiç “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışından da söz açıb:

 

“Biz qrup mərhələsinə adlamaq üçün çox çalışdıq. 6 oyun keçirdik və böyük komandalara qarşı oynadıq. Dayanmaq fikrimiz yoxdu. İstəyirik ki, o həyəcanı yenidən yaşayaq. Hazırda bütün fikrim “Qarabağ“dadı. Amma mənim üçün klubuma onları razı salan təklif olsa və bu məni də qane etsə, düşünə bilərəm. “Qarabağ”dakı insanlar mənə çox şey verdilər və mən bunun qarşılığını verməliyəm”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin