"Real"ın İspaniya kubokunun 1/4 final mərhələsinin "Leqanes"lə ilk oyunu üçün iştirak ərizəsi açıqlanıb.
Sportarena.az xəbər verir ki, son günlər Madrid təmsilçisindən ayrılacağı iddia edilən Kriştiano Ronaldonun adı 19 nəfərlik siyahıya salınmayıb. Baş məşqçi Zinəddin Zidanın portuqaliyalı hücumçunun hansı səbəbdən heyətə daxil etmədiyi bəradə məlumat verilməyib.
İştirak ərizəsində aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Moxa Ramos
Müdafiəçilər: Daniel Karvahal, Xesus Valyeho, Rafael Varan, Naço Fernendes, Teo Ernandes, Aşraf Hakimi
Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kasemiro, Markos Llorente, Marko Asensio, İsko, Mateo Kovaçiç, Dani Sebalyos
Hücumçular: Lukas Vaskes, Mayoral
Qeyd edək ki, "Leqanes" - "Real" görüşü yanvarın 19-u keçiriləcək.