Azərbaycan Premyer Liqasının 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" və "Səbail" yoxlama oyununda qüvvələrini sınayıblar.
Sportarena.az xəbər verir ki, Sumqayıtda keçirilən oyun Samir Abasovun yetirmələrinin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Oyunda "Sumqayıt"ın heyətində Amil Yunanov, "Səbail"dən isə Nurlan Novruzov və Vüqar Nadirov fərqləniblər.
Yoxlama oyunu
18 yanvar
Sumqayıt - Səbail 1:2
Qollar: Amil Yunanov, 53 - Nurlan Novruzov, 22. Vüqar Nadirov, 85.